Bu gün Azərbaycanda TV və radio işləməyəcək
Digərləri 16 Sen 2019 08:58:00 223 0
Bu gün Azərbaycanın efir məkanında kompleks profilaktika keçirilir.
Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə bildirib.
Qeyd edək ki, profilaktika işləri daha əvvəl təsdiq olunmuş cədvələ uyğun həyata keçirilir. 2019-ci ilin cədvəlinə əsasən, dörd dəfə profilaktika nəzərdə tutulub.
Birinci profilaktika martın 4-də keçirilib. Növbəti kompleks profilaktika sentyabrın 16-da və dekabrın 9-da həyata keçiriləcək.
Mənbə: milli.az