Rusiyada yaşayış evində yanğın olub, 8 nəfər ölüb


Dünya 16 Sen 2019 08:03:00 219 0

Rusiyada yaşayış evində yanğın olub, 8 nəfər ölüb

Rusiyanın Krasnoyarsk şəhərində yaşayış evində yanğın olub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətində bildiriblər.

Məlumata əsasən, yanğın nəticəsində dördü uşaq olmaqla 8 nəfər həlak olub.

Yanğın saat 00:04-də lokallaşdırılıb, 00:36-da isə söndürülüb. Yanğının səbəbi müəyyən edilir.