Xiaomi şirkəti Redmi Note seriyasının satışlarında növbəti rekordu qırdı
Digərləri 16 Sen 2019 07:21:00 241 0
Xiaomi şirkəti öz Twitter hesabında yeni rekord barəsində məlumat verib. Belə ki, şirkət özünün Redmi Note seriyasına daxil olan smartfonların ümumi satış göstəricisini təqdim edib.
Son.az technote.az-a istinadən bildirir ki, beləliklə şirkətin verdiyi məlumata əsasən Redmi Note seriyasının satılmış cihazlarının ümumi sayı 100.000.000 göstəriciyə çatıb və yüksəlməkdə davam edir. Brendin ən çox satılan modellərindən biri isə Redmi 7 modeli olub. Satışa çıxmasından 7 ay ərzində şirkət 20 milyon ədəd Redmi Note 7 sata bilib. Bura həmçinin Redmi Note 7 Pro modeli də daxildir. Bu ay təqdim edilmiş Redmi Note 8 və Note 8 Pro modelləri də bu göstəriciyə çatmaq üçün bütün şanslara sahibdirlər.
(adsgarden = window.adsgarden || []).push({});
Mənbə: milli.az