Bu gün məktəblərdə ilk dərs günüdür


Digərləri 16 Sen 2019 07:00:00 249 0

Bu gün məktəblərdə ilk dərs günüdür

Bu gün Azərbaycanda 2019-2020-ci tədris ilinin ilk dərs günüdür.

Bakı. İlhamə İsabalayeva - Bu gün Azərbaycanda 2019-2020-ci tədris ilinin ilk dərs günüdür. Trend-in məlumatına görə, Azərbaycanda məktəblərdə dərslər Bilik Günü hesab edilən 15 sentyabrda başlasa da, bu il həmin tarixin həftənin bazar gününə təsadüf etməsi səbəbindən dərslər sentyabrın 16-da başlanır. 2019-2020-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 525 016 şagird təhsil alacaq. Onların 714 259-u qız, 810 757-si isə oğlandır. Ümumtəhsil məktəblərinin I sinfində 164 234, IX sinfində 122 043, XI sinfində isə 82 782 şagirdin təhsil alacağı proqnozlaşdırılır.