Günün qoroskopu: Yaxın ətrafınızdakı insanlara təzyiq göstərməyin


Digərləri 16 Sen 2019 00:01:00 249 0

Günün qoroskopu: Yaxın ətrafınızdakı insanlara təzyiq göstərməyin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - günün ilk yarısında vəziyyət stabillik və sakitlikdən çox uzaqdır. Əlavə işlər, qəfil tapşırıqlar olacaq. Səlahiyyət dairənizə bilavasitə daxil olmayan işləri həvalə etsələr, yaxşıca düşünün. Birgə çalışacağınız insanları yoxlayın, təftiş edin. Vədlər verməzdən və ya sənədləri imzalamazdan əvvəl situasiyanı təhlil edin, təklifi araşdırın.

Günün ikinci yarısında yeni layihəni ertələyin. Vəziyyət kimin dost, kimin xoş münasibətə dəyməyən şəxs olduğunu göstərəcək. Əsəblərin gərilməsi yuxusuzluq yarada bilər.

Buğa - günün ilk yarısı uğurlu zamandır. Tək qalmağa çalışın. Müstəqil fəaliyyətdə xeyir var. Hadisələrə diqqət yetirin, kollektiv fəaliyyətdəki mənfi məqamları aradan qaldırın.

Günün ikinci yarısında kənar təsirlər artacaq. Qüvvənizə qənaət edin. Qəflətən aktivləşmə tələb oluna bilər. Nəyisə gözləyirsinizsə və ya planlaşdırıbsınızsa, işə başlayın. Hadisələrin axarında dəyişikliklər olacaq.

Axşam saatlarında emosional dəstək alacaqsınız. Təhlükəsizlik hissinə ehtiyacınız var. Evdə qayda yaradın.

Əkizlər - maliyyə məsələlərinin həlli üçün əlverişli zamandır. Yeni işə başlamayın, yarımçıq işləri başa vurun. Ünsiyyət çevrənizi genişləndirin. Cari vəziyyətdə maraqlarınızın tam təminatına can atın.

Köhnəlmiş strukturları effektiv sxemlərlə əvəzləyin.

Günün ikinci yarısında təmirə və ya rekonstruksiyaya başlamaq olar.

Hissləriniz dramatik mərhələyə keçərsə, səbəbsiz mübahisə və ya qeyri-adekvat münaqişə alovlana bilər. Enerjinizi konstruktiv olmayan məqsədlərə sərf etməyin. Yaxınlarınızdan birinin müdrik məsləhətinə qulaq asın.

Axşam saatlarını əyləncəyə həsr edin.

Xərçəng - yaxşı, rahat gündür. Başladığınız işlərdə uğur əldə edəcəksiniz. Emosiyalara uymayın, maraqlandığınız obyekt barədə mümkün qədər çox informasiya əldə edin.

Ailədə xoş hadisələr yaşanacaq. Sürprizlər, hədiyyələr istisna deyil.

Günün ikinci yarısında yaxın gələcəklə bağlı perspektivləri müəyyənləşdirmək olar. Praqmat olun, gerçəyi real dəyərləndirin.

Axtardığınızı tapa bilərsiniz. Uzaq yol istisna deyil. Yeni tanışlığın xoş perspektivləri var.

Yeni münasibətlər üçün axşam saatları əlverişlidir.

Şir - uğurlu zamandır. Diqqət mərkəzində olacaqsınız. Danışıqlara qatılın, müzakirələrdən yan qaçmayın. Əməkdaşlığın konturlarını dəqiqləşdirin, tərəfdaşlıq şərtlərini konkretləşdirin.

Günün ikinci yarısında başqalarının hərəkətlərini, fəaliyyətlərin motivlərini qiymətləndirməyə tələsməyin. Cavab reaksiyanız sərt olmamalıdır. Sonucları dəyərləndirin, əldə etdiyiniz uğurları nəzərdən keçirin. Yeni orientirlər seçin.

Səhhətinizə fikir verin. Bir qədər səbatlı olun.

Qız - bu gün qeyri-adi hadisə yaşanacaq. Fəaliyyətinizi intensivləşdirəcək informasiya alına bilər.

Əvvəlki günlərlə müqayisədə uğurlu zamandır. Aktual məsələləri həll edin. Yeni təmaslar qurun, münasibətləri nizamlayın. Əlaqələri kəsdiyiniz insanla barışın.

Günün ikinci yarısında stress və gərginlik istisna deyil. Yaşananlara emosional reaksiya verməyin. Təcrübənizdən bəhrələnərək qarşılıqlı anlaşmaya nail olun. Şəraitin diqtə etdiyi işlə məşğul olun.

Tərəzi - adi günlərdən fərqli olaraq bu gün işlər və qayğılar çoxdur. Eqoist olmayın, təkəbbürlü insan təsiri bağışlamayın. Belədə yaxın ətrafınızdakı insanlarla münasibətləriniz pozula bilər. Cəmiyyətdəki mövqelərinizi və yerinizi düşünün.

(adsgarden = window.adsgarden || []).push({});