SuriyaTürkiyə sərhədində terror aktı, çox sayda ölən var


Dünya 15 Sen 2019 22:44:00 246 0

SuriyaTürkiyə sərhədində terror aktı, çox sayda ölən var

Suriyanın şimalında Türkiyə ilə sərhəddə yerləşən Çobanbəy şəhərində terror aktı törədilib.

Son.az Trend-ə istinadən bildirir ki,  yerli xəstəxananın binası yaxınlığında partlayıcı maddələrlə doldurulmuş avtomobil partladılıb.

Partlayış nəticəsində azı 12 nəfər həlak olub, çox sayda insan xəsarət alıb. Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatları aparılır.

Bildirilir ki, ölənlərin və yaralananların sayı arta bilər.