Evlilik haqqında 10 həqiqət


Digərləri 15 Sen 2019 22:15:00 239 0

Evlilik haqqında 10 həqiqət

Sevgi ilə bir yerdə olan evlilik hər iki tərəfin mənəvi inkişafına səbəb olar. Belə cütlər ruhi büluğa çatar və bir-birinin insani kamala çatmasına yardım edər.

Hər bir ailə qurmaq istəyən cavanlar üçün 10 həqiqəti açıqlamaq istəyirik ki, onların gələcək ailə həyatı üçün çox faydalı olacaqdır.

1. Müvəffəq ailə münasib həyat yoldaşı tapmaqla başlamaz. İnsanın özünün layiqli və münasib olması ilə başlayar. Sizin ətrafınızda olanlar - sizin aynanızdır. Əgər ətrafınızda olanları bəyənmirsinizsə, bilin ki, siz də özünüz üçün münasib deyilsiniz. Əgər həddi-büluğa çatan həyat yoldaşı axtarırsınızsa, gərək özünüz də həddi-büluğa çatıb, müstəqil insan olasınız. Əgər saf və pak insan axtarırsınızsa, gərək ilk növbədə özünüzü saf və pak edəsiniz.

2. Bəzən cəzb olunduğunuz insan o kəs olur ki, siz həmişə ona bənzəməyinizi istəmisiniz və ya onunla rabitə qurmaq sizin üçün qeyri-mümkün olmuşdur. Bu cür insanla evlənmək sizi xoşbəxt etməz. Çünki müxtəlif təbiətli insanların bir-birinə cəzb olması az keçməz ki, sizi yorar və başqa bir tərəfdən isə cütlərdən biri daima o biri tərəfin çatışmamazlıqlarını aradan qaldırmağa çalışdığına görə əziyyət çəkər.

3. Bəzən insanlar maddi ehtiyaclarını dəf etmək üçün bir-birinin yanında yaşayırlar, yəni ailə qururlar. Ancaq həqiqət budur ki, bu ailələrdə sevgi bağları zəif olar. Ona görə də ailə quran zaman meyarı maddiyyat deyil, sevgi və qarşılıqlı hörmət üzərində qurun.

4. Tənhalıq və zəif izzəti-nəfsə malik olmaq iki amildir ki, sizin sağlam olmayan rabitə qurmağınıza səbəb olar. Bu insanlar elə təsəvvür edər ki, sağlam olmayan bir rabitə tənhalıqdan daha yaxşıdır.

5. Adətən, qadınlar o kişilərlə ailə qurur ki, qadından asılı olmağı sevməz, yəni bir qədər əlçatmaz olar. Lakin bu sifət ailə qurmazdan əvvəl işə yarayar. Ailə quran zaman hər iki tərəf bir-birinə sevgi bəsləməli və həmdərd olmalıdır. Hər bir halda heç bir qadının zəif və asılı bir kişidən xoşu gəlmir. Adətən qadınlar özünə inamı olan və izzəti-nəfsi güclü olan kişilərə tərəf cəzb olarlar.

6. Son.az deyerler.org-a istinadən bildirir ki, adətən kişilər isə o qadınlarla ailə qurmağı sevmirlər ki, çox müstəqil olmağı xoşlayır, tərsdir, sözünün üstünə söz deyilməsini sevmir və özünü başqalarına möhtac hiss etmir.

(adsgarden = window.adsgarden || []).push({});