Övladın ata üzərindəki haqqı odur ki...


Digərləri 15 Sen 2019 22:10:00 262 0

Övladın ata üzərindəki haqqı odur ki...

"Mizanul-hikmət" kitabında Quranın əhəmiyyətinə dair çox sayda hədislər bəyan edilmişdir ki, onlardan bəzisinə işarə edək:

Quranın fəziləti.

Həzrət Peyğəmbər (s) buyurur: "Quranın başqa sözlərdən üstünlüyü, Allahın xəlqinə qarşı üstünlüyü kimidir".

İmam Əli (ə) buyurur: "Sübhan Allah qüdrətini Kitabında nümayiş etdirmişdir və bu yolla Özünü bəndələrinə Onu görmədən nişan vermişdir".

Quran həmişə təzədir.

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim dünyanın əvvəlindən axırına qədər keçmişdəkilərin və gələcəkdəkilərin elmini istəyər, Quranda təfəkkür etsin".

İmam Əli (ə) buyurur: "Quran hər nə qədər təkrar olar və qulağa dəyər, yenə də köhnəlməz".

Quranı öyrənmək və öyrətmək.

Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, Quran oxuyar, deyilər ki, oxu və yuxarı qalx və tərtillə oxu. Necə ki, dünyada tərtillə oxumusan. Sənin mənzilin və yerin oxuduğun son ayədədir".

İmam Əli (ə) buyurur: "Övladın ata üzərindəki haqqı odur ki, ona gözəl ad qoysun, onu yaxşı tərbiyə etsin və ona Quran öyrətsin".

İmam Sadiq (ə) buyurur: "Hər kim cavanlıqda Quran oxuyar, Quran onun ətinə və qanına qarışar".

Quranı əzbərləməyə təşviq.

Həzrət Peyğəmbər (s) buyurur: "O kəsin ki, batinində Qurandan bir şey olmaz, viran olmuş ev kimidir".

İmam Sadiq (ə) buyurur: "Hər kim Quranın surəsini unudar həmin surə (behiştdə) gözəl simada və yüksək dərəcədə qarşısında mücəssəm olar və onu görən kimi deyər ki, sən kimsən? Necə də gözəlsən. Kaş mənim olaydın. Cavab verər: "Məni tanımırsan? Mən filan surəyəm. Əgər məni unutmasaydın, səni bu ali məkana gətirərdim"".

Quran oxumağa təşviq.

(adsgarden = window.adsgarden || []).push({});