Çəkisinə görə məktəbdən çıxardılar


Digərləri 15 Sen 2019 18:44:00 291 0

Çəkisinə görə məktəbdən çıxardılar

Bədən ölçüsünə uyğun məktəbli forması tapmadığından artıq çəklili qızı məktəbdən qovublar.

Son.az Teleqraf.com-a istinadən bildirir ki, 14 yaşlı Kada Consun oxuduğu təhsil müəssisəsində məktəb forması geyinmək məcburidir. Qeyri-standart bədən formasına malik qız əyninə normal pencək tapsa da, formanın yubkası əyninə olmayıb. Buna görə də, qız eyni rəngdə ətək geyinirmiş.

Hadisə Böyük Britaniyada məktəblərdən birində baş verib.

Ən maraqlısı isə budur ki, Kada uzun illər bu üsuldan istifadə edib və sözgüdən mövzuda yalnız 10-cu sinifdə problem yaşayıb. Qızın qarşısında şərt qoyublar: ya hamı kimi forma geyəcək, ya da evdə dərs almalı olacaq.

Məktəblinin anası Karlin Cons bildirib ki, onun görünüşünün səhhəti ilə heç bir bağlılığı yoxdur və qızı tam sağlamdır.

(adsgarden = window.adsgarden || []).push({});