"Şəbnəmə nə olub ki? Muğam da oxuyuram, estrada da"


Şou-biznes 15 Sen 2019 17:35:00 273 0

"Şəbnəmə nə olub ki? Muğam da oxuyuram, estrada da"

Son.az bildirir ki, müğənni Şəbnəm Tovuzlu Lent.az-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Sənətdə arzuladığınız yerdəsiniz?

- Şükürlər olsun ki, sənətdə istədiyim yerdəyəm. Bu yerlərə elə belə, təsadüfü gələn insanlardan deyiləm. Əziyyət çəkmişəm. İndinin özündə də mahnılar, kliplər, fotosessiyalar həyata keçirirəm. Təbii ki, bu işdə mənə heyətim də dəstəkdir. Mahnılarımın sevilməsi məni bir müğənni kimi sevindirir. Sonuncu təqdim etdiyim "Mən hələ ölməmişəm" adlı mahnım isə, sözün əsl mənasında sevildi. Hər kəs bu mahnıdan danışır. Amma bu da son deyil, qarşıda mahnılar çoxdur.

- Mahnılar, kliplər təqdim edirsiz, amma sizin işlərinizi tənqid edənlər, bəyənməyənlər çoxdur....

- Deyirlər ki, bar verən ağaca daş atarlar. Bir ağac bar vermirsə, qurudursa, ona kimdir daş atan? Mən artıq buna alışmışam.

- Sizi tənqid edənlərin əksəriyyəti həmkarlarınızdır?

- Mən şəxsən sağlam rəqabət aparıram. İstəyirəm ki, mənim ifam daha yaxşı, daha sevimli olsun.

- Şəbnəm Tovuzlu həyat yoldaşını niyə mediadan gizlədir?

- Bu mənim şəxsi istəyimdir. Bu məsələ özümdə qalsın. Mənimdirsə, məndə qalsın. Paylaşmağı sevmirəm. Heç zaman onun şəklini də paylaşmayacağam. Qoy danışa-danışa qalsınlar.

- Bəlkə bu həyat yoldaşınızın qadağasıdır?

- Heç bir qadağası yoxdur. Biz əvvəldən, 6 il öncədən öz aramızda bir söz verdik. O, dedi ki, reklamı sevmirəm. Mən də onun fikrinə hörmət edirəm.

- Növbəti dəfə ana olmaq istəyiniz varmı?