Antropoloji ekspedisiya hapıt kəndlərində tədqiqatlar aparıb


Digərləri 15 Sen 2019 14:41:05 57 0

Antropoloji ekspedisiya hapıt kəndlərində tədqiqatlar aparıb

"Şahdağ qrupuna" daxil olan xalqların müasir etnomədəni və etnososial durumu tədqiq edilir.

Bakı. İlhamə İsabalayeva - Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Antropologiya mərkəzinin əməkdaşları "Şahdağ qrupuna" daxil olan xalqların müasir etnomədəni və etnososial durumunu tədqiq edirlər. AMEA-dan Trend-ə bildirilib ki, 2019-cu ilin avqust ayında Antropologiya mərkəzinin direktoru, antropologiya elmləri doktoru Əliağa Məmmədlinin rəhbərliyi altında İsmayıllı rayonunda "Şahdağ qrupuna" daxil olan hapıtlar haqqında məlumat toplanılıb. Ekspedisiyanın əsas məqsədi polietnik ərazilərdə yaşayan azsaylı etnik qruplar arasında müasir etnomədəni və etnososial proseslərin öyrənilməsidir. Hapıtlar arasında aparılan müşahidələr, sorğular, müsahibələr zamanı əsas diqqət etnik identiklik (kimlik), tarixi yaddaş, ana dillərinin funksionallığı, qonşu etnik qruplarla qarşılıqlı münasibətlər kimi problemlərə, iqtisadi və sosial amillərin gündəlik həyata təsiri məsələlərinə yönəlib. Hapıtlar tarixən müxtəlif səbəblərdən aran bölgələrə köçərək məskən salmış və hazırda İsmayıllı, Qəbələ, Ağdaş rayonlarında bir neçə kəndlərin əsasını qoymuşlar. Qeyd etmək lazımdır ki, İsmayıllı rayonunda Hapıtlı adında kənd də mövcuddur. Aparılan araşdırmalar göstərib ki, bu kəndin əhalisi "azərbaycanlı" kimliyi ilə özünü dərk edir və kənd sakinləri arasında Azərbaycan dili əsas ünsiyyət dilidir. Hapıtlar arasında etnik identikliyi araşdırarkan maraqlı proseslər müşahidə olunub. Məlumdur ki, hapıt dili Şimali Qafqaz dillər ailəsinin Nax-Dağıstan qrupunun ləzgi yarımqrupuna aiddir. Bəzi tədqiqatçılar hesab edirlər ki, bu dil qrız dilinin bir dialektidir. Onların fikrincə, bu dialektlər arasında həm də Əlik və Cek kəndlərinin sakinlərinin danışdığı dillər də yer alır. Ekspedisiya zamanı qeyd olunan kəndlərdə aparılan sorğular və müsahibələr bu dillərin həqiqətən də qohumluq əlaqələrində olduğunu və bu kəndlərin sakinlərinin bir-birlərini anlamalarını təsdiq edir. Lakin dil baxımından yaxın olan bu icmaların nümayəndələri özlərini vahid bir etnik birliyinə aid etmirlər. Yəni, etnik identiklik baxımından hapıtlar özlərinin qrızlardan fərqli bir etnosa aid edirlər. Öz kəndləri, adət-ənənələri, davranış qaydaları, tarixi şəxsiyyətləri haqqında məlumat verərkən onlar "biz-onlar" dispozisiyasından çıxış edərək etnik identikliklərini doğma kəndləri ilə əlaqələndirirlər.
PKK uşaqların orqanlarını satır like
  • 15 Sen 14:35  
Dünya PKK uşaqların orqanlarını satır

YPG-PKK terror qruplaşması Suriyanın Hasekə və Qamışlı bölgəsində orq

arrow Ətraflı
SON DƏQİQƏ!  İstanbulda atışma like
  • 15 Sen 14:28  
Dünya SON DƏQİQƏ! İstanbulda atışma

İstanbulun Avcılar Yeşilkent məhəlləsində iki qrup arasında silahlı mü

arrow Ətraflı
İraq, ərazisinin Səudiyyə neft obyektlərinə hücum üçün istifadə edildiyini inkar edir like
  • 15 Sen 14:11  
Digərləri İraq, ərazisinin Səudiyyə neft obyektlərinə hücum üçün istifadə edildiyini inkar edir

Bazar günü İraq Krallığın hasilatının yarıdan çoxunu vuran bir hadisə

arrow Ətraflı
Nazilə əri ilə FOTOsunu paylaşdı: "Aygün Kazımovanın fanatıdır” like
  • 15 Sen 14:07  
Şou-biznes Nazilə əri ilə FOTOsunu paylaşdı: "Aygün Kazımovanın fanatıdır”

Şairə Nazilə Səfərli uzun müddət sonra həyat yoldaşı ilə fotosunu pay

arrow Ətraflı
Şövkət Ələkbərova heç kimin onu elə görməsini İSTƏMƏDİ like
  • 15 Sen 14:00  
Kriminal Şövkət Ələkbərova heç kimin onu elə görməsini İSTƏMƏDİ

Son.az bildirir ki, Modern.az "Məşhurların son günü" adlı rubr

arrow Ətraflı
Anasıyla mübahisə edən atasını bıçaqlayıb öldürdü: "Anama qışqırma!" like
  • 15 Sen 13:53  
Dünya Anasıyla mübahisə edən atasını bıçaqlayıb öldürdü: "Anama qışqırma!"

Türkiyənin Muratpaşa vilayətində gənc, anasıyla mübahisə edən atasın

arrow Ətraflı
Sabah yağış yağacaq like
  • 15 Sen 13:46  
Digərləri Sabah yağış yağacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat aç

arrow Ətraflı
Bu ölkənin sabiq prezidentinin xanımı öldü like
  • 15 Sen 13:46  
Dünya Bu ölkənin sabiq prezidentinin xanımı öldü

Tunisin keçmiş prezidenti Beji Kaid Essebsinin dul qaldığı xanımı ölüb.

arrow Ətraflı
Bir şəklin tarixçəsi like
  • 15 Sen 13:40  
Digərləri Bir şəklin tarixçəsi

Bu gün Bakının bolşevik-daşnak birləşmələrinin işğalından azad olunm

arrow Ətraflı
Payız depressiyasının səbəbləri like
  • 15 Sen 13:34  
Digərləri Payız depressiyasının səbəbləri

Yay bitdi. Artıq payızın ilk günlərini yaşayırıq. Hazırda elə bir fəs

arrow Ətraflı
Maşının içindəki düymə ilə rəngini dəyişə biləcəksiniz like
  • 15 Sen 13:22  
Digərləri Maşının içindəki düymə ilə rəngini dəyişə biləcəksiniz

Belə görünür ki, yaxın gələcəkdə avtomobil sahibləri öz maşınının

arrow Ətraflı
Tunisin sabiq prezidentinin əl-Sebsinin dul qaldığı xanımı ölüb like
  • 15 Sen 13:18  
Digərləri Tunisin sabiq prezidentinin əl-Sebsinin dul qaldığı xanımı ölüb

Tunisin keçmiş prezidenti Beji Kaid Essebsinin dul qaldığı xanımı ölüb

arrow Ətraflı
Üç qadının sevdiyi rejissor... like
  • 15 Sen 13:16  
Kriminal Üç qadının sevdiyi rejissor...

Son.az Modern.az-a istinadən Hüseynağa Atakişiyev haqda maraqlı yazını

arrow Ətraflı
Türkiyədə qaçaqmalçılığa qarşı əməliyyat: like
  • 15 Sen 13:10  
Dünya Türkiyədə qaçaqmalçılığa qarşı əməliyyat:

Türkiyənin Diyarbəkir bölgəsində qaçaqmalçılardan təxminən 800 yaşı

arrow Ətraflı