AKPdən daha 2 istefa


Dünya 15 Sen 2019 12:55:00 217 0

AKPdən daha 2 istefa

Keçmiş Baş Nazir Əhməd Davudoğludan sonra daha iki millət vəkili AKP-dən istefa verib.

Son.az "Qafqazinfo"ya istinadən bildirir ki, bunlar Konyadan olan deputat Ömər Ünal və Ağrıdan olan keçmiş millət vəkili Cesim Gökçedir. Ünal və Gökçe e-dövlət üzərindən istefa veriblər. 

Xatırladaq ki, dünən Feramüz Üstün, Müftir Cengiz də AKP-dən istefa etdiklərini sosial şəbəkə vasitəsilə bildirmişdilər. Bu istefalardan sonra Davudoğlunun yeni partiya qurmaq üçün işlərini sürətləndirdiyi və 2 ay ərzində yeni partiya quracağı iddia edilir.