Ələt azad iqtisadi zonası Polşa-Azərbaycan ticarət əlaqələrinin inkişafına xidmət edəcək - Nazir müavini (ÖZƏL)


Digərləri 15 Sen 2019 08:00:00 215 0

Ələt azad iqtisadi zonası Polşa-Azərbaycan ticarət əlaqələrinin inkişafına xidmət edəcək - Nazir müavini (ÖZƏL)

Ələt qəsəbəsində azad iqtisadi zonanın yaradılması Polşa ilə Azərbaycan arasında ikitərəfli ticarətin inkişafına xidmət edəcək.

Bakı. Ləman Zeynalova - Ələt qəsəbəsində azad iqtisadi zonanın yaradılması Polşa ilə Azərbaycan arasında ikitərəfli ticarətin inkişafına xidmət edəcək. Bunu Trend-ə müsahibəsində Polşa xarici işlər nazirinin müavini Martsin Pşidaç deyib. O bildirib ki, Bakı limanının inkişafı ilə bağlı Azərbaycanın planları ikitərəfli əməkdaşlıq üçün çox perspektivli görünür. O əlavə edib ki, Azərbaycan regionda nəqliyyat qovşağına çevriləcək. M.Pşidaç qeyd edib ki, iki ölkə arasındakı əməkdaşlığın potensial yeni sahələri arasına kənd təsərrüfatı sektorunda, xüsusilə də qida məhsulları və maşınlar sahəsində əməkdaşlıq daxildir: "Kənd təsərrüfatı sektorunun Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində vacibliyini nəzərə alaraq, biz yaxın həftələrdə Polşada keçiriləcək beynəlxalq kənd təsərrüfatı məhsulları sərgilərində iştirak üçün dəvətlər göndərmişik.