Süni mayalanma ilə doğulanlar:


Digərləri 14 Sen 2019 23:55:00 34 0

Süni mayalanma ilə doğulanlar:

Dünyada hər il təxminən yarım milyona yaxın uşaq süni mayalanma yolu ilə doğulur. Bu isə sonsuzluq hallarının artması ilə bağlıdır. Dünyada, eləcə də Azərbaycanda hər on nəfərdən birinin sonsuzluqdan əziyyət çəkdiyi barədə məlumatlar var. Azərbaycanda hər 100 000 qadın arasında sonsuzluq diaqnozu ilə qeydiyyata alınanların sayı təxminən 50 nəfərdir. Bununla yanaşı, qadınlar arasında sonsuzluq halları son vaxtlar iki dəfə artıb, ümumi sonsuzluğun təxminən yarısı isə kişi sonsuzluğunun payına düşür.

Bu xəbəri də oxu: Qubada minik avtomobili yanıb

Amma uzun illərdir ki, sonsuzluq çarəsiz problem sayılmır, ondan əziyyət çəkənlərə ən son halda süni mayalanma tətbiq olunur. İlk dəfə süni mayalanma ilə dünyaya gələn şəxsin doğulmasından artıq 40 il keçir. Dünyada ilk süni mayalanma 1978-ci ilə icra olunub. Məhz həmin il Böyük Britaniyada Robert Edvards və Patrik Kristofer Steptou tərəfindən ilk uğurlu süni mayalanma həyata keçirilib. Ondan 32 il sonra - 2010-cu ildə Robert Edvards məhz bu işə - ekstrakorporal mayalanmanı praktikada tətbiq edən tədqiqatlarına görə fiziologiya və tibb üzrə Nobel mükafatının laureatı elan olunub.

Son.az e-tibb.az-a istinadən bildirir ki, süni mayalanma metodu ilə dünyaya gələnlərin sayı isə getdikcə artır, bu say artıq milyonlarla ölçülür. Süni mayalanma daha çox yumurta ehtiyatı az olan, ümumiyyətlə, olmayan, kişi sonsuzluğundan əziyyət çəkənlər üçün seçimdir. Təbii yolla, digər müalicə üsulları ilə uşaq sahibi ola bilməyən cütlüklərin razılığı əsasında laboratoriya şəraitində qadının yumurtaları həyat yoldaşının sperması ilə mayalandırılıb uşaqlıq içərisinə inyeksiya edilir. Süni mayalanma ilə uşağa qalmaq təbii yolla hamilə olmaqdan heç nə ilə fərqlənmir. Azərbaycanda süni mayalanma 2004-cü ildən tətbiq olunur.

"Reproduktiv sağlamlıq haqqında" qanun hələ qəbul olunmasa da, "Əhalinin sağlamlığının qorunması haqqında" qanunun Ailənin planlaşdırılması və insanın reproduktiv funksiyalarının tənzimlənməsindən bəhs edən fəslinin 29-cu maddəsi süni mayalanma və embrionun implantasiyası barədədir. Qanuna görə, yetkinlik yaşına çatan hər bir qadının süni mayalanma və embrionun implantasiyası hüququ var. Süni mayalanma və embrionun implantasiyası ər və arvadın (tənha qadının) rəsmi razılığı olduqda aparılır. Süni mayalanma, embrionun implantasiyası, eləcə də donorun şəxsiyyəti həkim sirridir. Qadın süni mayalanmanın, embrionun implantasiyasının tibbi və hüquqi nəticələri, tibbi-genetik müayinə, donorun milliyyəti, xarici görkəmi barədə məlumat almaq hüququna malikdir və bu məlumat tibbi müdaxilə aparan həkim tərəfindən verilir.

Qanunsuz süni mayalanmada və embrionun implantasiyasında təqsiri olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Süni mayalanma həyata keçirən hər klinikada orta hesabla ayda 100 belə proses icra olunur. Bu işin çox az sayda mərkəzdə icra olunduğu nəzərə alınsa, ölkədə təxminən ayda 500-600 süni mayalanmanın həyata keçirildiyi aydın olur. Süni mayalanma zamanı tək rəsmi nikahda olanların deyil, hər kəsin ana, ata olmaq haqqı nəzərə alınır. Təbii ki, tibbi göstərişlər varsa, tibbi müayinələrin nəticələrinə əsasən... Amma qadın üçün xüsusi riskli hallar, ürək problemləri, qara ciyər, böyrək çatışmazlığı zamanı süni mayalanmanın icra olunması əslində əks göstəriş sayılır.

(adsgarden = window.adsgarden || []).push({});
"Neft 40 dollara düşəcək, hazırlaşın..." – Rusiyadan like
  • 14 Sen 23:53  
Digərləri "Neft 40 dollara düşəcək, hazırlaşın..." – Rusiyadan

Rusiyanın nüfuzlu iqtisadçısı, "Sberbank"ın rəhbəri German Qre

arrow Ətraflı
Kəndlilərə yetmiş faiz güzəşt var: bircə qeydiyyat tələb olunur like
  • 14 Sen 23:51  
Digərləri Kəndlilərə yetmiş faiz güzəşt var: bircə qeydiyyat tələb olunur

Sentyabr ayından etibarən "Aqrolizinq" ASC tərəfindən rayon mərk

arrow Ətraflı
Ən faydalı dondurma budur like
  • 14 Sen 23:50  
Digərləri Ən faydalı dondurma budur

Südlü dondurma dondurmaların ən faydalısıdır.

arrow Ətraflı
"Mandarin tornadosu" – Tramp lampalara əsəbləşdi like
  • 14 Sen 23:49  
Dünya "Mandarin tornadosu" – Tramp lampalara əsəbləşdi

Birləşmiş Ştatlar Prezidenti Donald Tramp narıncı rəngdə görünməyinin

arrow Ətraflı
Hərracda "su qiyməti"nə avtomobillər satılacaq like
  • 14 Sen 23:47  
Digərləri Hərracda "su qiyməti"nə avtomobillər satılacaq

Bir neçə dövlət qurumu balansında olan istifadəsiz qalmış avtomobilləri

arrow Ətraflı
Biləsuvarda ağır xəsarət alan uşaq Bakıya gətirilib like
  • 14 Sen 23:46  
Digərləri Biləsuvarda ağır xəsarət alan uşaq Bakıya gətirilib

Biləsuvar şəhərində bədbəxt hadisə baş verib. Şəhər sakini, 2007-ci

arrow Ətraflı
Doğulacaq körpənin cinsini qabaqcadan sifariş etmək olar? like
  • 14 Sen 23:45  
Digərləri Doğulacaq körpənin cinsini qabaqcadan sifariş etmək olar?

Yaponiyada Xirosima Universitetinin alimləri dölün  cinsiyyətini əvvəlcə

arrow Ətraflı
Ağır beyin əməliyyatı keçirən qadın ana olub like
  • 14 Sen 23:40  
Digərləri Ağır beyin əməliyyatı keçirən qadın ana olub

Altı il əvvəl ağır beyin əməliyyatı keçirən gənc qadın ana olub.

arrow Ətraflı
Ermənistanda turisti ayı parçaladı like
  • 14 Sen 23:38  
Dünya Ermənistanda turisti ayı parçaladı

Ermənistanda polşalı turisti ayı parçalayıb.

arrow Ətraflı
Uşaqlar hansı yaşda hansı idmanla məşğul olmalıdırlar? like
  • 14 Sen 23:35  
Digərləri Uşaqlar hansı yaşda hansı idmanla məşğul olmalıdırlar?

Müasir dövrün şərtləri və iş rejiminin təsirindən yeni nəsil daha ço

arrow Ətraflı
Toppuş modelin yeni FOTOları like
  • 14 Sen 23:30  
Digərləri Toppuş modelin yeni FOTOları

Plus-size model Lesli Sidora yeni fotosessiyaya çəkilib.

arrow Ətraflı
​​​​​​​Kartof suyunun faydaları like
  • 14 Sen 23:25  
Digərləri ​​​​​​​Kartof suyunun faydaları

Kartof yay-qış demədən əksər yemək və salatda istifadə etdiyimiz seviml

arrow Ətraflı
Balıq yağlarının keyfiyyətli olduğunu necə bilmək olar? – like
  • 14 Sen 23:20  
Digərləri Balıq yağlarının keyfiyyətli olduğunu necə bilmək olar? –

Bir balıq yağının keyfiyyətli olması üçün həmin yağ okean, dəniz dib

arrow Ətraflı
ABŞda atışma nəticəsində bir nəfər həlak olub like
  • 14 Sen 23:16  
Dünya ABŞda atışma nəticəsində bir nəfər həlak olub

ABŞ-ın Vaşinqton ştatının Siettl şəhərində baş verən atışma nətic

arrow Ətraflı