Ən faydalı dondurma budur


Digərləri 14 Sen 2019 23:50:00 244 0

Ən faydalı dondurma budur

Südlü dondurma dondurmaların ən faydalısıdır.

Son.az e-tibb.az-a istinadən bildirir ki, qaymaqlı və plombir dondurmalardan fərqli olaraq, südlü dondurmada yağ və kalorinin miqdarı az olur. Südlü dondurmaları həftədə 2-3 dəfə yemək olar, bunun orqanizmə heç bir ziyanı yoxdur.

"Ən optimalı təbii dondurmadır. Dondurmaların tərkibində süni əlavələrin, konservantların və ətirləndirici maddələrin, yəni inqridiyentlərin miqdarı nə qədər az olsa, bir o qədər yaxşıdır", - deyə ekspertlər bildirirlər.

Dondurmanın faydaları da açıqlanıb. Dondurmada kalsium və fosfor var ki, onlar da sümüklərin və dişlərin sağlamlığı üçün vacibdir. Bundan başqa, dondurmanın tərkibində ürək-damar sisteminin fəaliyyəti üçün vacib sayılan kalium və  maqnezium mövcuddur. Ekspertlər dondurmanın tərkibində mərkəzi əsəb sisteminə müsbət təsir edən B qrupu vitaminlərinin olduğunu da açıqlayıblar.

Əlbəttə ki, dondurma yedikdə çox az adamın əhval-ruhiyyəsinin yüksəlmədiyini söyləmək olar. Bunun da əsas səbəbi dondurmanın insan orqanizmində xoşbəxtlik hormonlarını oyatmasıdır.  

(adsgarden = window.adsgarden || []).push({});