Kəkələmə tam müalicə olunurmu?


Digərləri 14 Sen 2019 21:12:00 241 0

Kəkələmə tam müalicə olunurmu?

Kəkələmə nitqin rəvanlığına, axıcılığına təsir göstərir. Uşaqlıq dövründən başlayır, bəzən ömür boyu davam edir.

Bu problem səslərin istehsalında pozuntularla xarakterizə olunur. Bəziləri yeni sözlər yaradırlar. Bu, ya sözlərin təkrarlanması, ya da sözlərin əvvəlinə "ummm" , "immm" kimi artırmalarla xarakterizə olunur.

Kəkələmənin əlaməti nədir?

Söz birləşməsi və cümlələrdə sözlərin tez-tez təkrarlanması, uzadılması və ya həmçinin, sözlərdə səslərin uzadılmasını ehtiva edir. Bu əlamətlər ümumi əhali içərisində daha çox kəkələyən şəxslərdə müşahidə olunur. Kəkələyən şəxslər danışanda çox gərgin olurlar. Belə şəxslər danışarkən nəfəsləri çatmadığından danışıqları dayana və ya bağlana bilər. Danışarkən sözləri deməyə cəhd edirlər, lakin yalnız bir neçə saniyədən sonra demək istədikləri sözü tamamlaya bilirlər.

Bir çox hallarda kəkələmə problemi kəkələyən şəxslərin sosial fəaliyyətlərinə təsir göstərir. Bəzən ünsiyyət çətinlikləri belə şəxslərin yalnız xüsusi fəaliyyətlərində baş verir. Məsələn, telefonda danışarkən və ya böyük qruplar qarşısında çıxış edərkən kəkələyirlər.  Bundan başqa, əksər kəkələyən şəxslər evdə, məktəbdə və ya işdə bir sıra fəaliyyətlərdə çətinliklər yaşayırlar. Ona görə də hətta bəzi sosial fəaliyyətlərini məhdudlaşdırırlar. Çünki ətrafın onlara qarşı mənfi reaksiyasından narahatlıq keçirirlər.

Kəkələmə diaqnozu necə qoyulur?

3 yaşına kimi uşaqların valideynləri müraciət edəndə birinci məsləhət ilkin qiymətləndirmə - MÜŞAHİDƏ olur. Yəni uşaq nə qədər müddətdir kəkələyir? Əgər cavab 3 aydan az bir müddətdirsə, uşağın təlimə gəlməsi məsləhət görülmür. Bu halın yenə də davam ediləcəyini yoxlamaq üçün valideynin müşahidəsinə buraxılır. Çünki uşağın bu yaş dövrlərində nitqi senzitiv xarakter daşıyır. Ətrafından və ya baxdığı cizgi filmdən qaynaqlanan keçici hal ola bilir. Qiymətləndirmə zamanı;

- Ailədə kəkələyən şəxsin olub-olmaması

- Digər bir nitq problemi faktorunun olub-olmaması

- Ailədə xüsusi narahatlıq və qorxunun yaşayıb-yaşanılmaması və ya bunu yaradacaq situasiyanın olub-olmaması. Əgər varsa, uşaqda nitqin inkişafına nail olmaq üçün belə situasiyanın korreksiyası tövsiyə edilir.

Və onu da qeyd edim ki, kəkələmənin dəqiq olaraq ömür boyu davam edəcəyini heç bir faktorla deyə bilmərik, yaxud da tam korreksiyasını, həmçinin korreksiyadan sonra yenidən yaşanılacağını. Çünki bu, qripə və ya boğaz ağrısına bənzəyir. Necə ki, özümüzü soyuğa verdikdə yenidən qrip ola və ya boğazımız ağrıya bilir. Kəkələmə də müəyyən situasiya ilə geri qayıda bilər. Belə şəxslər, xüsusilə, böyüdükcə özlərini korreksiya edə bilərlər. Özlərinə qarşı diqqət nəticəsində problemin geri qayıtma şansı sıfıra enə bilər.

(adsgarden = window.adsgarden || []).push({});