​​​​​​​Breketlər: Növləri, faydaları,


Digərləri 14 Sen 2019 20:35:00 227 0

​​​​​​​Breketlər: Növləri, faydaları,

Gözəl gülüşə sahib olmaq üçün əsas amil düz və bəyaz dişlər sayılır. Təəssüf ki, bu, hər kəsə nəsib olmur. Hətta diş sırası əyri olan şəxslər çox vaxt adam arasında gülməyə belə utanır, yaxud güləndə əlləri ilə ağızlarını bağlayırlar. Müasir tibb bu problemi aradan qaldırmağın yolunu illərdir tapıb. Söhbət breketlərdən gedir. Hazırda breketlərin müxtəlif növləri var. Bəs onlar bir-birindən nə ilə fərqlənir? Breketlər hansı yaşda qoyulur, necə qulluq edilməlidir? Azərbaycanda breketlərin qiyməti neçəyədir?

Son.az e-tibb.az-a istinadən bildirir ki, stomatoloq Mehman Allahverdiyevlə bu mövzu ətrafında danışıb.  

Həkim deyir ki, breketlər dişlərin daxili və xarici səthlərinə bərkidilən ortodontik qurğulardı. Xəstəyə breket dişlərin düzülüşündə, çənə qövsündə əyriliklər olanda, dişlər yerinə oturmadıqda təyin olunur.

Xarici görünüşlərinə görə breketlər metallik və estetik (keramik, elastik və ya sapfir) olaraq 2 yerə bölünür: "Breketlər əsasən iki cür olur - ağız boşluğunda görünən və görünməyənlər. Görünən breketlər metal breketlərdir. Dişlərin üzərinə ön tərəfdən düzülür. Görünməyən breketlər keramik breketlər sayılır. Şəffaf, süd rəngində olur. Yalnız yaxından baxan zaman ağız boşluğunda görünür. Elə pasiyentlər var ki, ümumiyyətlə, ağızda breketin görünməsini istəmir. Onda pasiyentə linqual breket düzülür. Dişlərin arxa tərəfinə qoyulur, öndən heç nə bilinmir".

Stomatoloqun sözlərinə görə, breketlərin taxılmasından əvvəl həkim bütün dişlərin vəziyyətini qiymətləndirməli, ehtiyac varsa, müalicə etməlidir: "Kariyes, çat, diş daşı breketlər üçün əks göstərişdir. Bu problemlər müalicə ilə aradan qaldırıldıqdan sonra dişlərə breket bərkidir".

M. Allahverdiyev breketlərin taxılması üçün yaş həddinin olmadığını bildirib. Ancaq 20 yaşa qədər qoyulmasını daha məqsədəuyğun hesab edir: "Məlumdur ki, süd dişləri töküldükdən sonra 10-11 yaşdan etibarən daimi dişlər çıxır. Dişlərin hərəkətliliyi, formalaşması 20 yaşa qədər davam edir. Ondan sonra çənənin formalaşması dayanır. Breket 20 yaşa qədər qoyulduqda diş sırası əyriliyi daha tez müddətə düzəlir. İrəli yaşlarda qoyulanda isə breketin ağızda qalma müddəti uzun olur - il yarım, iki il. Amma çənə-sümük sisteminə effektiv təsir etmir. Ümumiyyətlə, breketlər çənə-sümük sistemini çox da yox, məhz diş sırası əyriliyini düzəldir. Hazırda çox keyfiyyətli breketlər var.  Keyfiyyətli breketlər olarsa və yaxşı ortodont tərəfindən qoyularsa, hətta 50 yaşa qədər pasiyentin də dişlərini 2 ilə düzəldir. Yəni bütün hallarda diş əyriliyini breket vasitəsilə düzəltmək mümkündür".

(adsgarden = window.adsgarden || []).push({});