Hindistanda tanrını suda batırmağa çalışan11 nəfər həlak oldu VİDEO


Dünya 14 Sen 2019 18:20:00 216 0

Hindistanda tanrını suda batırmağa çalışan11 nəfər həlak oldu  VİDEO

Haneşedəı fil başlı tanrıya həsr olunmuş bayram zamanı 11 nəfərdən çox şəxs həlak olub.

Son.az xezerxeber.az-a istinadən bildidirir ki, xəbəri "Hindistan Times" yayıb.

İnsident sentyabrın 13-də, cümə günü, səhər saatlarında Madhya-Pradeş ştatının Bhopal şəhərində baş verib. HindlilərHaneşa-çaturthi (Haneş festivalı) üçün vacib bir ayini yerinə yetirmək - tanrının gil heykəlini suya buraxmaq üçün göldə qayıqlarla üzürmüşlər.

Bu zaman qayıqlardan biri çevrilib. Suya düşən sərnişinləri kinci qayığa qalxmaq istəyəndə o da tarazlığını saxlaya bilməyib, böyrü üstə aşıb. Hadisə yerinə gələn xilasedicilər 6 nəfəri xilas ediblər. On bir nəfərin isə meyiti sudan çıxarılıb. Həlak olanların yaşları 15-30 arasında dəyişir. Qayıqda cəm 19 nəfər olub, itənlərin axtarışları davam etdirilir.

Qayıqları idarə edən şəxslərə qarşı ehtiyatsızlıq üzündən başqalarının ölümünə səbəb olma ittihamı üzrə cinayət işi qaldırılıb.

(adsgarden = window.adsgarden || []).push({});