Məktəblərin ətrafında piyada keçidləri yenilənir


Digərləri 14 Sen 2019 15:35:00 232 0

Məktəblərin ətrafında piyada keçidləri yenilənir

Orta məktəblərin ətraflarında şagirdlərin və digər piyadaların təhlükəsizliyinin təmin edilməsi üçün mövcud piyada keçidlərinin yenilənməsi işləri davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən Son.az-a verilən məlumata görə, son iki həftə ərzində 30-dan artıq məktəb binasının ətrafında "piyada keçidi" üfuqi yol nişanlanma xətti bərpa edilib.

Ümumilikdə ayın sonunadək 100-dən çox məktəbin ətrafında müvafiq işlərin görülməsi, çatışmayan yol nişanlarının quraşdırılması nəzərdə tutulub.