Cəlilabad sakinləri tüfənglərini polisə təhvil verdilər


Digərləri 14 Sen 2019 15:29:00 271 0

Cəlilabad sakinləri tüfənglərini polisə təhvil verdilər

Cəlilabad rayon sakinləri ov tüfənglərini könüllü polisə təhvil veriblər.

Bu barədə Son.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.

Polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Cəlilabad rayonunun Komanlı kənd sakinləri R.Şıxəliyev və Ş.Əbilov 2 ədəd müvafiq sənədləri olmayan "TOZ" markalı ov tüfəngini könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil veriblər.

Şamaxı rayon sakinindən isə ov tüfəngi götürülüb. Belə ki, Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Çarhan kənd sakini C.Yüzbaşıyevdən müvafiq sənədləri olmayan "İJ-18" markalı ov tüfəngi götürülüb.