"Türklər yenə başlayıblar bizi aşağılamağa? Ya süpürgəçi, ya cibgir, ya da..."


Şou-biznes 14 Sen 2019 14:51:00 249 0

"Türklər yenə başlayıblar bizi aşağılamağa? Ya süpürgəçi, ya cibgir, ya da..."

Yenə başlayıblar bizi aşağılamağa? Ya süpürgəçi, ya cibgir, ya da ölkəsinə getməmək üçün göz yaşları tökən qızcığaz.

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Elgiz Əkbər Türkiyədə seriallara çəkilən aktrisalarımızın ünvanına deyib. O, "Kanal 7"də yayımlanan "Yemin" serialında rol alan aktrisa Yağmur Şahbazovanı tənqid edib.

Ekran işində Narin adlı azərbaycanlı obrazını canlandıran aktrisanın "Azərbaycana qayıtmaq istəmirəm" sözlərini dediyi videosuna reaksiya verən Elgiz bunları yazıb:

"Bir zamanlar birlikdə çalışdığım xəbər aparıcısını bu yaxınlarda ev qulluqçusu rolunda gördüm. Məncə, bizimkilərin belə obrazlara çəkilməkdənsə, çəkilməməkləri yaxşıdır. Araşdırmaq lazımdır ki, niyə türk rejissorları bizim aktrisaları normal obrazlarda görmürlər. Türk xalqının gözündə azərbaycanlıların ümumiləşdirilmiş obrazı çox acınacaqlıdır.