Qızını dayəyə tapşıran ata evə SƏS CİHAZI yerləşdirdi


Dünya 14 Sen 2019 13:56:00 208 0

Qızını dayəyə tapşıran ata evə SƏS CİHAZI yerləşdirdi

Türkiyənin Mersin vilayətində tükürpədən hadisənin üstü açılıb.

Son.az DHA-ya istinadən xəbər verir ki, N.K. adlı dayəyə tapşırdıqları 1 yaşlı qızları Öykünün vücudundakı göy ləkələrdən şübhəyə düşən ata oyuncaq maşın içərisinə yerləşdirdiyi səs cihazı sayəsində körpəyə edilən şiddəti ortaya çıxarıb.

Səs cihazına qulaq asan Alper Erdemil (29) ilə həyat yoldaşı Fatma Erdemil (27) dayənin "Kəs səsini, səni öldürərəm. Sus, səsini kəs, yat. Sus artıq bəsdir, səbrimi daşırma" sözlərini, şillə və körpənin ağlamaq səsini eşidincə prokurorluğa üz tutublar. Prokurorluq araşdırmaya başlayıb.

Qeyd edək ki, cütlük gözəllik salonunda çalışdıqları üçün qızlarını dayəyə tapşırmışdılar.

(adsgarden = window.adsgarden || []).push({});