Qusarda ana və qızı itkin düşüb


Digərləri 14 Sen 2019 10:54:00 216 0

Qusarda ana və qızı itkin düşüb

Xaçmaz rayonu Zuxuloba kənd sakini, 32 yaşlı Rima Talıbova cari ilin avqust ayının 25-də səhər saatlarında azyaşlı qızı ilə birlikdə Qusar rayonunun Aşağı Ləgər kəndində yaşayan anasının evinə gedəcəyini bildirərək evdən çıxıb və Qusar rayonunda itkin düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, Rima Talıbovanın əlamətləri: Boyu 160 sm., orta bədən quruluşlu, şabalıdı saçlı, gözlərinin rəngi qəhvəyidir.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə 023-385-22-22 şəhər və 055-335-33-35, 070-850-65-28 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.