“iPhone 11” smartfonuna ən sürətli “4G” modem quraşdırılıb


Digərləri 14 Sen 2019 08:01:00 266 0

“iPhone 11” smartfonuna ən sürətli “4G” modem quraşdırılıb

"Apple" şirkətinin rəsmisi yeni smartfonların təqdimatında bildirib ki, yeni "iPhone 11 Pro" və "iPhone 11 Pro Max" aparatları 1 Qbit-lik daha sürətli LTE modemlə təchiz edilib. "SpeedSmart" internet sürətinin yoxlanması xidmətinin nümayəndəsi iddia edir ki, yeni smartfonların internetə qoşulma sürəti haqqında məlumatlıdır.

Son.az ictnews.az-a istinadən bildirir ki, "Speedsmart.net" xidmətinin məlumatına əsasən, "iPhone 11 Pro" və "11 Pro Max" smartfonlarına quraşdırılmış modemləri "iPhone XS" ilə müqayisədə 13% daha sürətlidir. ABŞ-ın "4G" şəbəkələrində "iPhone 11 Pro" smartfonu 49 Mbit/s-dək yükləmə sürəti nümayiş etdirib. Müqayisə üçün, ötənilki qabaqcıl smartfonda bu göstərici 42 Mbit/s-dək olub.

(adsgarden = window.adsgarden || []).push({});