Ərdoğan: Ankarada keçiriləcək üçtərəfli görüşdə əsas diqqət İdlibdəki proseslərə yönələcək


Digərləri 14 Sen 2019 00:19:00 165 0

Ərdoğan: Ankarada keçiriləcək üçtərəfli görüşdə əsas diqqət İdlibdəki proseslərə yönələcək

Ankarada keçiriləcək üçtərəfli görüşdə əsas diqqət İdlibdəki proseslərə yönələcək

Bakı. Ankarada keçiriləcək üçtərəfli görüşdə əsas diqqət İdlibdəki proseslərə yönələcək. Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 16-sı Ankarada keçiriləcək Rusiya və İran liderləri ilə üçtərəfli görüş haqqında danışarkən deyib. T.Ərdoğan bildirib: "Ankarada keçiriləcək üçtərəfli görüşdə əsas diqqət İdlibdəki proseslərə yönələcək. Müşahidə məntəqələri və terrorizmlə mübarizə məsələləri üzrə fikir mübadiləsi aparılacaq". Türkiyə prezidenti qeyd edib ki, Ankara üçün ABŞ-ən PYD/YPG terrorçuları üzrə mövqeyi vacibdir: "Bu gün biz ABŞ bu məsələ üzrə mövqeyinin Türkiyənin maraqlarına cavab verdiyini deyə bilmərik".