Turnikdən bir dəqiqə sallanmanın faydaları


Digərləri 13 Sen 2019 23:49:00 384 0

Turnikdən bir dəqiqə sallanmanın faydaları

Turnikdən bir dəqiqə sallanma bədənə və bütövlükdə sağlamlığa müsbət təsir göstərir.

Son.az qafqazinfo-ya istinadən bu vasitənin faydaları təqdim edir.

Qamət və onurğa üçün fayda

Hər bir idman zalında, hər bir məhəllənin idman meydançasında və çoxlarının evində turnik var. Turnikdən asılma bədənin yuxarı hissəsinin formalaşmasına, tonusun yüksəlməsinə, kürək əzələlərinin bərabər inkişafına kömək edir. Müntəzəm olaraq turnikdən asılan insanlarda onurğa düzgün formalaşır və fəaliyyət göstərir, distrofik pozulmalar təhlükəsi azalır.

Onurğa daim təzyiq altındadır. 26 fəqərə arasında disklər amortizator rolu oyanır, lakin yük çox olanda disklər sıxılır və bu da funksiyaların və onurğanın hərəkət fəallığının pozulmasına gətirib çıxarır. İnsanda osteoxondroz, skolioz və onurğa sütunu toxumalarının digər deformasiyaları inkişaf edir.

Turnikdən asılma gərginliyi aradan qaldırır

Ayrı-ayrı fəqərələrin sıxılmasının qarşısı alınır. Onurğa sanki dincəlir. Hərəkət zamanı əzələlər qızır, qan dövranı güclənir. Damarlar da bir növ məşq edir və möhkəmlənir.

Beləliklə, turnikdən asılma aşağıdakı faydalı təsirlər göstərir: onurğa üzərində yükü bərabər paylaşdırır; fəqərələrarası diskləri rahatladır, gərginliyi götürür; qan dövranını stimullaşdırır; distrofik pozulmalar üçün profilaktika rolu oynayır.

Turnikdən asılma hətta kürəyində problemləri olan insanlara da faydalıdır. Fəqərələrarası disklərin patologiyası qığırdaq toxumalarını incəldir. Deformasiya nəticəsində qan dövranı pozulur. Yetərincə qidalanmama oynaqların pis işləməsinə, hərəkətliliyin pozulmasına, kürəkdə ağrılara gətirib çıxarır. Hər gün turnikdən asılmanın köməyi ilə bu durumu yüngülləşdirmək və yaxşılaşdırmaq olar.

(adsgarden = window.adsgarden || []).push({});