“Kim mənə “türk” desə vuracam...”


Dünya 13 Sen 2019 21:20:00 222 0

“Kim mənə “türk” desə vuracam...”

Yerevan məhkəməsi qarşısında ötən gün eks-prezident Robert Köçəryanın tərəfdarları ilə əleydarları arasında baş vermiş qarşıdurmanın yeni təfərrüatları məlum olub.

Son.az Virtualaz.org-a istinadən istinadən xəbər verir ki, Köçəryanın tərəfdarları ona "cinayətkar" deyən aksiya iştirakçısını yerə yıxıb döyüblər, ayağını sındırıblar. Həmin adamı döyənlər tutulub.

Daha sonra Köçəryanın iki tərəfdarı-"Milli barış" partiyasının sədri Aram Arutyunyanı və Narek Mantaşyan adlı bir nəfəri də tutublar. Məlum olub ki, onlar məhkəmənin qarşısında Köçəryanın cəzalandırılması tələbi ilə keçirilən piketə qatılan yaşlı qadını döyüblər.

"O qadın məni "türk" adlandırdı və (Ermənistanda azərbaycanlılar haqda "türk" ifadəsi işlədirlər,-red.) uşağıma qarğış elədi, mən də vurdum. Mən Levon Ter-Petrosyanın və Nikol Paşinyanın dayaqlarına zərbə vurdum. Etiraf edirəm ki, kim mənə "türk" desə vuracam",-Arutyunya saxlanılarkən deyib.