Stadionda İZDİHAM: Onlarla ölü, yüzlərlə yaralı


Dünya 13 Sen 2019 20:01:00 256 0

Stadionda İZDİHAM: Onlarla ölü, yüzlərlə yaralı

Mozambikin Nampula bölgəsində hakim "Qurtuluş Cəbhəsi" partiyasının təşkil etdiyi mitinq zamanı dəhşətli faciə baş verib.

Son.az Redaktor.az-a istinadən xəbər verir ki, stadionda təşkil olunan mitinq zamanı izdiham olub. Nəticədə azı 10 nəfər həyatını itirib. 100-ə qədər yaralı var. Xəstəxanaya yerləşdirilən yaralılardan bəzilərinin vəziyyəti ağırdır.

Məlumata görə, siyasətçilərin çıxışından sonra mitinq iştirakçılarının bir çıxışa yönəlməsi izdihama səbəb olub. İnsanlar bir-birlərini tapdalayıb.

Qeyd edək ki, Mozambikdə prezident seçkiləri kampaniyası çərçivəsində partiyalar müxtəlif bölgələrdə mitinqlər təşkil edir.