İstirahət günlərində səyahətə çıxanlar üçün HAVA PROQNOZU


Digərləri 13 Sen 2019 19:59:30 195 0

İstirahət günlərində səyahətə çıxanlar üçün HAVA PROQNOZU

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.

Bakı. İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Böyük və Kiçik Qafqazda səhər və axşam saatlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi əsəcək, sentyabrın 15-də isə qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu dağətəyi rayonlarda 22-26, dağlıq rayonlarda 10-15 dərəcə isti təşkil edəcək. Lənkəran-Astara bölgəsində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 20-24, dağlıq rayonlarda 13-17 dərəcə isti təşkil edəcək. Qazax-Gəncə zonasında havanın əsasən yağmursuz keçəcəyi, lakin sentyabrın 15-də axşam şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, sentyabrın 15-də qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu 22-26 dərəcə isti təşkil edəcək. Aran rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin sentyabrın 15-də axşam şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, sentyabrın15-də qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.