Hesablama Palatasının rəhbəri: "Maliyyə hesabatlarında ciddi çatışmazlıqlar mövcuddur"


Digərləri 13 Sen 2019 17:44:00 260 0

Hesablama Palatasının rəhbəri: "Maliyyə hesabatlarında ciddi çatışmazlıqlar mövcuddur"

"Bu gün dövlət qurumlarının maliyyə hesabatlarında ciddi çatışmazlıqlar mövcuddur, bununla əlaqədar Hesablama Palatası dövlət şirkətləri və strukturlarının maliyyə hesabatlarının təhlilini keçirmək niyyətindədir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Palatanın sədri Vüqar Gülməmmədov deyib.

Onun sözlərinə görə, təkcə dövlət şirkətləri yox, həm də bəzi büdcə təşkilatları əsaslı maliyyə hesabatı təqdim etmir:

"Bu, hesabatlar barədə rəy verməyimizə mane olur. Hazırda bununla bağlı qanunvericilik tələbləri mövcud deyil. Ona görə də biz problemi aradan qaldırmaq üçün bu məsələ ilə sıx məşğul olmaq niyyətindəyik".