BMTM ilə Strateji və Beynəlxalq Araşdırmalar üzrə Gürcüstan Fondu arasında anlaşma memorandumu imzalanıb


Digərləri 13 Sen 2019 14:48:52 209 0

BMTM ilə Strateji və Beynəlxalq Araşdırmalar üzrə Gürcüstan Fondu arasında anlaşma memorandumu imzalanıb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) ilə Strateji və Beynəlxalq Araşdırmalar üzrə Gürcüstan Fondu arasında anlaşma memorandumu imzalanıb.

Bakı. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) ilə Strateji və Beynəlxalq Araşdırmalar üzrə Gürcüstan Fondu arasında anlaşma memorandumu imzalanıb. Trend-in məlumatına görə, memorandumu Gürcüstanda səfərdə olan BMTM-in sədri Fərid Şəfiyev və Gürcüstan Fondunun direktoru Yekaterina Metreveli imzalayıblar. Anlaşma memorandumu iki beyin mərkəzi arasında ekspertlərin, araşdırmaların mübadiləsini, birgə araşdırmaların aparılmasını, birgə konfransların təşkilini və digər istiqamətlərdə əməkdaşlığı nəzərdə tutur. Müzakirələr zamanı BMTM-in sədri Fərid Şəfiyev rəhbərlik etdiyi mərkəz barədə məlumat verib, yeni yaranmış qurumun gələcək planları barədə danışıb. Bu baxımdan Gürcüstanla əlaqələrin və bu ölkənin beyin mərkəzləri ilə əlaqələrin xüsusilə vacib olduğunu bildirib. Həmçinin müzakirələr zamanı Gürcüstanla Azərbaycan arasında əlaqələrin tarixi köklərindən və iki ölkə arasında əməkdaşlığın əhəmiyyətindən danışılıb. Bildirilib ki, hər iki ölkə çoxsaylı oyunçuların olduğu çətin regionda yerləşir və birgə araşdırmalı olan bir çox məsələlər var.