Nazir: "İlin əvvəlindən Azərbaycanda 112 mindən çox əmək müqaviləsi imzalanıb"


Digərləri 13 Sen 2019 14:23:00 197 0

Nazir: "İlin əvvəlindən Azərbaycanda 112 mindən çox əmək müqaviləsi imzalanıb"

Bu ilin əvvəlindən Azərbaycanda 112 mindən çox əmək müqaviləsi imzalanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Vergilər naziri Mikayıl Cabbarov "Kölgə iqtisadiyyatı ilə mübarizə iqtisadiyyatın inkişafının vacib amili kimi" adlı konfrans zamanı deyib.

Nazir bildirib ki, hesabat dövründə özəl sektorda 88 mindən çox yeni əmək müqaviləsi imzalanıb:

"Özəl sektordakı bu göstərici ümumi göstəricinin 78 faizini təşkil edir. Əmək münasibətlərinin leqallaşmasının əsas hissəsi ticarət, sənaye və tikinti sektorunun payına düşüb".