Nazir: "Azərbaycanda səyyar yoxlamaların sayı 3 dəfə azalıb"


Digərləri 13 Sen 2019 13:51:00 301 0

Nazir: "Azərbaycanda səyyar yoxlamaların sayı 3 dəfə azalıb"

2019-cu ilin əvvəlindən Vergilər Nazirliyi cəmi 562 səyyar yoxlama keçirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Vergilər naziri Mikayıl Cabbarov "Kölgə iqtisadiyyatı ilə mübarizə iqtisadiyyatın inkişafının vacib amili kimi" adlı konfrans zamanı deyib.

Onun sözlərinə görə, bu ilin ilk 8 ayı ərzində səyyar yoxlamalar ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə azalıb. Bu müddət ərzində səyyar yoxlamalar 1700-dən çox vergi ödəyicisini əhatə edib.

M.Cabbarov əlavə edib ki, Vergilər Nazirliyi gələcəkdə də səyyar yoxlamaların azaldılması siyasətini davam etdirəcək.