Elçin Quliyev TREND-in bir qrup əməkdaşını ali mükafatla təltif etdi


Digərləri 13 Sen 2019 13:59:20 323 0

Elçin Quliyev TREND-in bir qrup əməkdaşını ali mükafatla təltif etdi

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev "Trend" Beynəlxalq İnformasiya Agentliyinin bir qrup əməkdaşının təltif edilməsi barədə əmr imzalayıb.

Bakı. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev "Trend" Beynəlxalq İnformasiya Agentliyinin bir qrup əməkdaşının təltif edilməsi barədə əmr imzalayıb. Xidmət rəisinin müvafiq əmrləri ilə "Trend" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov, Agentliyin baş direktorunun müavinləri Arzu Nağıyev, Elxan Ələsgərov və jurnalist Samir Güləliyev "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı" ilə təltif edilib. "Trend" Beynəlxalq İnformasiya Agentliyi olaraq bizə təqdim edilən bu ali mükafata görə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və qurumun bütün rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk.