HUAWEIdən yeni HarmonyOS əməliyyat sistemi


Digərləri 13 Sen 2019 12:45:00 187 0

HUAWEIdən yeni HarmonyOS əməliyyat sistemi

HarmonyOS - yeni, bütün qurğularda, bütün istifadə ssenariləri üçün vahid istifadəçi təcrübəsinin təmin edilməsi üçün tərtib edilmiş mikronüvə əsasında olan əməliyyat sistemidir.

HUAWEI Consumer Business Group-un icraçı direktoru Riçard Yu: "Bu gün biz total qoşulma dövrünə daxil oluruq ki, bu dövrdə insanlar istənilən rəqəmsal qurğularla iş zamanı, ən müxtəlif ssenarilərdə, onlar arasında ideal qarşılıqlı əlaqənin mövcud olması ilə vahid təcrübə əldə etmək istəyirlər. Bu ümidləri doğrultmaq üçün, biz təkmilləşdirilmiş krossplatforma uyğunluqlu əməliyyat sistemini yaratmalı olduq. Bizə bütün ssenarilərdə effektiv işləmək qabiliyyətinə malik olan, müxtəlif qurğularda və platformalarda istifadə oluna biləcək, istifadəçilərin sürətli iş və məlumatların qorunmasına dair tələblərinə uyğun olacaq ƏS lazım oldu. HarmonyOS əsaslı şəkildə Android və iOS-dan fərqlənir. Bu istənilən ssenarilərdə yüksək rahatlığı təmin edən mikronüvə əsaslı ƏS-dir. O, etibarlı və təhlükəsiz arxitekturaya malikdir və müxtəlif rəqəmsal qurğular arasında maneəsiz qarşılıqlı əlaqəni dəstəkləyir. Bu tərtibatçılara bir dəfə tətbiq yaratdıqdan sonra onu müxtəlif növ qurğularda açmaq imkanını bəxş edir".

HarmonyOS güclü funksionallığa malik, asan və kompakt bir əməliyyat sistemidir. İlk öncə, o, müxtəlif ağıllı qurğularda istifadə olunacaq, məsələn, ağıllı saatlarda, ağıllı ekranlarda və kolonkalarda, avtomobil bort kompüterlərində. Bu qurğuların köməyi ilə, HUAWEI mükəmməl inteqrasiya olunmuş, etibarlı və təhlükəsiz mühitə malik, istənilən istifadə ssenarisi ilə yüksək rahatlığı təmin edəcək ekosistem yaratmağı planlaşdırır.

HarmonyOS-in əsas texniki xüsusiyyətləri:

İntellektual texnologiyalar istənilən istifadə ssenarilərində yüksək göstəricilər verir, buna görə tərtib edildiyi zaman HarmonyOS-da ona mövcud həllər qarşısında sözsüz üstünlüklər təqdim edən dörd texniki xüsusiyyət qoyulmuşdur.

1. Calaqsızlıq: paylaşdırılmış arxitekturaya malik, istənilən qurğularda rahat istifadəçi təcrübəsini təmin edən ilk mobil ƏS.

Paylaşdırılmış arxitekturanın və paylaşdırılmış virtual şin texnologiyasının tətbiq edilməsi HarmonyOS-ə ümumi kommunikasiya platformasını, paylaşdırılmış verilənlərin idarə olunmasını, tapşırıqların paylaşdırılaraq planlaşdırılmasını və virtual periferik qurğuların dəstəklənməsini təmin etmək imkanını bəxş edir. HarmonyOS-in köməyi ilə, tərtibatçılar bundan sonra paylaşdırılmış tətbiqlər üçün baza texnologiyaları ilə işləmək məcburiyyətində qalmayacaqlar ki, bu da onlara diqqətlərini onların öz servis logistikasında cəmləmək imkanını təqdim edəcək. Paylaşdırılmış tətbiqlərin tərtib edilməsi həmişəkindən də asan olacaq. HarmonyOS əsasında qurulmuş tətbiqlər, istənilən istifadə ssenarilərində rahat qarşılıqlı əlaqəni təmin edərək, müxtəlif növ qurğularda çalışa biləcək.

2. Determinasiya edilmiş gecikmə mexanizmi və yüksək səmərəli IPC

HarmonyOS səmərəliliyin zəifləməsi problemlərini determinasiya edilmiş gecikmə mexanizmi (Deterministic Latency Engine) və yüksək səmərəli proseslərarası qarşılıqlı əlaqə (Inter Process Communication, IPC) hesabına həll edəcək. Determinasiya edilmiş gecikmə mexanizmi əvvəlcədən planlaşdırma üçün tapşırıqların yerinə yetirilməsi prioritetini və vaxt limitlərini müəyyən edir. Resurslar, ilk növbədə, daha yüksək prioritetə malik tapşırıqlar üçün ayrılacaq ki, bu da tətbiqlərin icra edilməsində gecikmələrin 25.7% azalmasına gətirib çıxaracaq. Mikronüvə IPC-nin effektivliyini, mövcud sistemlərlə müqayisədə, beş dəfəyədək artıra bilər.

3. Təhlükəsizlik: mikronüvə əsaslı arxitektura sistemin lap bünövrəsindən başlayaraq etibarlılığı və təhlükəsizliyi artırmaq imkanını bəxş edir

HarmonyOS mikronüvə əsaslı, təkmilləşdirilmiş müdafiə ilə və az gecikmələrlə fərqlənən yeni firma arxitekturasından istifadə edir. Mikronüvə istifadəçi rejimində nüvədən kənarda mümkün qədər çox sistem xidmətlərinin reallaşdırılması və qarşılıqlı müdafiənin təmin olunması üçün nüvə funksiyalarının asanlaşdırılması məqsədilə tərtib edilmişdir. Mikronüvənin özü üzərinə yalnız ən baza servisləri götürür, məsələn, IPC və axınların planlaşdırılması.

HarmonyOS mikronüvə konstruksiyasında, etibarlı icra mühitinin (Trusted Execution Environment) ən baza səviyyəsində etibarlılığın və müdafiənin təkmilləşdirilməsi üçün formal verifikasiya üsulu istifadə olunur. Formal verifikasiya üsulu mənbə kodundan sistemin düzgünlüyünün yoxlanmasına effektiv riyazi yanaşmadan ibarətdir, halbuki, ənənəvi verifikasiya üsulları (məsələn, funksional verifikasiya və hücumların stimullaşdırılması) yalnız bəzi ssenarilər üçün tətbiq oluna bilər. Formal üsullar isə, əksinə, ƏS-nin icra olunması üzrə bütün yolların yoxlanması üçün verilənlər modellərindən istifadə edə bilər.

(adsgarden = window.adsgarden || []).push({});