Tovuzda vəkilin qətlinə görə iki maddə ilə cinayət işi başlandı - RƏSMİ


Digərləri 13 Sen 2019 10:58:00 230 0

Tovuzda vəkilin qətlinə görə iki maddə ilə cinayət işi başlandı - RƏSMİ

Tovuzda vəkil Firudin Ələkbərlinin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb.

Bakı. Samir Əli - Tovuzda vəkil Firudin Ələkbərlinin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb. Bu barədə Trend-ə Tovuz rayon Prokurorluğundan məlumat verilib. Məlumatda bildirilir ki, sentyabrın 13-də səhər saatlarında 1959-cu il təvəllüdlü Əli Şamıyev Tovuz rayonunda nümayəndəlik fəaliyyəti ilə məşğul olan 1963-cü il təvəllüdlü Firudin Ələkbərlini Tovuz şəhərində şəxsi münaqişə zəminində odlu silahdan atəş açmaqla qəsdən öldürüb. Faktla dərhal hadisə yeürinə polis və prokurorluq orqanları əməkdaşlarının iştirakı ilə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin olunub, hazırda zəruri istintaq təıdbirləri davam etdirilir. Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci(qəsdən adam öldürmə) və 228.1-ci( Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.