Hakim vəzifəsinə namizədlərlə test imtahanı keçiriləcək


Digərləri 13 Sen 2019 10:41:00 228 0

Hakim vəzifəsinə namizədlərlə test imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) ilə Hakimlərin Seçki Komitəsi tərəfindən hakim vəzifəsinə namizədlərlə test imtahanı keçiriləcək.

Son.az xəbər verir ki, hakim vəzifəsinə namizədlərlə test imtahanı sentyabrın 15-də DİM-in Nəsimi rayonu A. Salamzadə küçəsi 28 ünvanında yerləşən binasında keçiriləcəkdir.

Hakim vəzifəsinə namizədlər "İmtahana buraxılış vərəqəsi"ni sentyabrın 13-dən Hakimlərin Seçki Komitəsindən (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şəxsiyyət vəsiqəsini təqdim etməklə əldə etməlidirlər.

İmtahan kompüterlər vasitəsilə elektron qaydada aparılacaq. İmtahan bitdikdən sonra namizədə nəticələri haqqında arayış təqdim olunacaq. İmtahanda 205 namizədin iştirakı nəzərdə tutulur.

İmtahana gələrkən namizədlər "İmtahana buraxılış vərəqəsi"ni və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaqdır.