6 avtomobil toqquşdu, biri aşdı


Dünya 13 Sen 2019 08:40:00 261 0

6 avtomobil toqquşdu, biri aşdı

İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətin Miyana rayonunda iki avtomobilin toqquşması ilə ağır yol qəzası baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, faktı İranın Şərqi Azərbaycan vilayətinin Miyana rayonu hüquq-mühafizə orqanının polis rəisi polkovnik Ramazan Allahverdian təsdiqləyib.

R.Allahverdianın sözlərinə görə, hadisə nəticəsində 2 sərnişin həlak olub, 5 nəfər yaralanıb.

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Zahidan-Xaş yolunda isə avtobusun "Pride" markalı avtomobillə toqquşması nəticəsində sonuncuda 2 nəfər həlak olub, 2 nəfər yaralanıb.

İranın Mərkəzi vilayətində də qəza baş verib. "Samand" markalı avtomobilin aşması nəticəsində 2 nəfər həlak olub, 1 nəfər yaralanıb.