6 avtomobil toqquşdu, biri aşdı - 7 ölü


Digərləri 13 Sen 2019 08:00:00 230 0

6 avtomobil toqquşdu, biri aşdı - 7 ölü

İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətin Miyana rayonunda iki avtomobilin toqquşması ilə ağır yol qəzası baş verib.

Bakı. Elnur Bağışov - İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətin Miyana rayonunda iki avtomobilin toqquşması ilə ağır yol qəzası baş verib. Trend-in məlumatına görə, faktı İranın Şərqi Azərbaycan vilayətinin Miyana rayonu hüquq-mühafizə orqanının polis rəisi polkovnik Ramazan Allahverdian təsdiqləyib. R.Allahverdianın sözlərinə görə, hadisə nəticəsində 2 sərnişin həlak olub, 5 nəfər yaralanıb. İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Zahidan-Xaş yolunda isə avtobusun "Pride" markalı avtomobillə toqquşması nəticəsində sonuncuda 2 nəfər həlak olub, 2 nəfər yaralanıb.