Stiven Kinqin yeni romanı əsasında serial çəkiləcək


Digərləri 13 Sen 2019 07:47:00 232 0

Stiven Kinqin yeni romanı əsasında serial çəkiləcək

Amerika yazıçısı Stiven Kinqin "İnstitut" adlı yeni romanı əsasında mini serial çəkiləcək. Son.az AZƏRTAC-a istinadən bildirir ki, filmin ssenari müəllifi tamaşaçılara "Böyük kiçik yalan" serialından tanış olan Devid E.Kelli, rejissoru "Taxt-tac oyunları"nın altıncı mövsümünün bir neçə epizodunu çəkmiş Cek Benderdir.

Lakin serialın ekranlara nə vaxt çıxacağı və digər təfərrüatlar açıqlanmır.

Kinqin yeni romanı satışa sentyabrın 10-da çıxıb. Süjetin əsasında 12 yaşlı Lyuk Ellisin əhvalatı durur. Valideynləri öldürülən Lyuku zorla superistedadlı uşaqlar üzərində təcrübə aparılan "institut"a yerləşdirirlər.

(adsgarden = window.adsgarden || []).push({});