Messi: "Barselona" - mənim evimdir, getmək istəmirəm


Digərləri 13 Sen 2019 06:57:08 188 0

Messi: "Barselona" - mənim evimdir, getmək istəmirəm

Argentina milli komandasının futbolçusu Lionel Messi İspaniyanın "Barselona" klubundan getmək istəmədiyini deyib

Bakı. Argentina milli komandasının futbolçusu Lionel Messi İspaniyanın "Barselona" klubundan getmək istəmədiyini deyib. Trend-in məlumatına görə, 32 yaşlı hücumçu "Sport" nəşrinə müsahibəsində - "Barselona" mənim evimdir. Getmək yox, qələbələr qazanmaq istəyirəm - deyə, bildirib. Xatırladaq ki, Messinin Kataloniya klubu ilə müqaviləsi cari mövsümün sonunda bitəcək. Daha əvvəl məşhur forvardın karyerasını MLS-də davam etdirmə variantını nəzərdən keçirdiyinə dair xəbərlər yayılıb. Bildirilib ki, "İnter Mayami"nin sahiblərindən olan Devid Bekhem öz klubuna gəlişinin nə dərəcədə real olduğunu öyrənmək üçün onun meneceri ilə əlaqə saxlayıb.