Azərbaycan nefti ucuzlaşdı


Digərləri 12 Sen 2019 23:30:00 246 0

Azərbaycan nefti ucuzlaşdı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 11-də 65,66 dollar/barel təşkil edib

Bakı. CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 11-də 65,66 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,48 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 64,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,49 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 60,23 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,53 dollar/barel azdır.