Bəndəlik yolunda irəliləmək üçün lazım olan 3 keyfiyyət


Digərləri 12 Sen 2019 23:20:00 195 0

Bəndəlik yolunda irəliləmək üçün lazım olan 3 keyfiyyət

Allah Təala Quranda dəfərlərlə keçmişdə yaşayanların əhvalatlarını nəql edir və bizlərə bu vasitə ilə düzgün yolu göstərir. Allah Təala "Ənbiya" surəsində Həzrət Yəhyanın (ə) əhvalatını bəyan edir və onun üç İlahi sifətini bizlərə tanıdır. Belə ki, buyurur: "Biz onun istəyini yerinə yetirdik və ona Yəhyanı bağışladıq. Və (qocalmış, əvvəldən qısır olan) zövcəsini də (cavanlaşdırmaq və ona dünyaya uşaq gətirmək qüdrəti əta etməklə) onun üçün (doğmağa) layiq etdik. Çünki onlar (Zəkəriyyanın ailəsi və ya bütün keçmiş peyğəmbərlər) həmişə xeyir işlərə tələsir, həmişə ümid və qorxu ilə Bizə dua edərək istək diləyir və həmişə Bizim qarşımızda itaətkar və qorxan idilər". ("Ənbiya" 90).

Birinci sifət.

Bəziləri belə təsəvvür edir ki, başqalarını qabaqlamaq - tələsməyin bir növüdür. Ancaq bunu bilmək lazımdır ki, yaxşı işlərdə tələsmək və başqalarını qabaqlamaq bəyənilən əməllərdəndir.

Rağib yazır: "Tələsməkdə məqsəd hələ zamanı çatmamış bir şeyi istəməkdir". Beləliklə, bu ayədə Həzrət Yəhyanın (ə) ilk İlahi sifəti - yaxşı işlərdə tələsməsidir.

İmam Əli (ə) də öz sifətlərini sayan zaman buyurmuşdur: "O zaman ki, hamı qorxudan süst oldu, kənara çəkildi, mən qiyam etdim. O zaman ki, hamı özünü gizlədirdi, mən aşkar şəkildə meydana gəldim. O zaman ki, hamı ağzını yummuşdu, mən danışdım. O zaman ki, hamı dayanmışdı, mən Allahın nurunun hidayəti ilə yol getdim. Danışan və şüar verən zaman səsim hamıdan alçaq, ancaq əməldə üstün və tələsən idim". Bəli, bu hədisdən də göründüyü kimi, Həzrət (ə) əməl meydanına gələn zaman hamını qabaqlayır və tələsirdi.

İkinci sifət.

Allahı hər bir halda çağırarlar - istər qorxu halında olsun, istərsə də ümid - nəfsi zəif olan insanlar kimi qürura qapılıb, Allahdan qafil olmurdular. Allah "Yunus" surəsində müşriklərin sifətlərini bəyan edən zaman buyurur ki, onlar ancaq çətinliyə düşən zaman Allahı xatırlayarlar. Onların çətinliyi həll olan zaman isə Allah və Onun əmrləri ilə işləri olmaz. Belə ki, buyurur: "(Birdən) həmin gəmilərə şiddətli bir külək əsər, (dənizin) dalğa(sı) hər tərəfdən onlara çırpılar və onlar (dalğaların və bəlanın) mühasirəsində olmalarına yəqinlik edərlər, (o halda) iman və etiqadda saf niyyətlə Allahı çağırarlar ki: "Əgər bizi bundan (bu təhlükədən) qurtarsan, mütləq şükür edənlərdən olacağıq". Beləliklə onlara nicat verən kimi birdən (görərsən ki,) yer üzündə haqsız yerə zülm edirlər!" ("Yunus" 22-23).

(adsgarden = window.adsgarden || []).push({});