İnsanın qəlbi niyə daşlaşır?


Digərləri 12 Sen 2019 21:55:00 250 0

İnsanın qəlbi niyə daşlaşır?

İnsan əgər həqiqi yoldan üz döndərərsə, qəlbi daşlaşar. Quran qəlbin bu halını qəsavət kimi tanıdır.

İnsanlar bir mövzunu dərk etməkdə eyni deyildirlər. Bəziləri bir işarə ilə, qısa kəlamla həqiqətləri çox yaxşı dərk edirlər. Bəziləri isə əksinə - haqqı qəbul etmək üçün onlara saatlarla bir mövzunu başa salmaq lazımdır. Bəziləri bir təzəkkürlə ayılırlar, bəziləri bir moizə ilə ruhlarında tufan baş verər, ancaq bəzi insanlara ən ciddi və kəskin moizə belə təsir qoymur.

Son.az deyerler.org-a istinadən bildirir ki, ona görə də Quran bəzi insanların sinə genişliyinə malik olduqlarını vurğulayır və bəzilərinin isə dar olduğunu bəyan edir. "Beləliklə, Allah (gözəl keçmişinə xatir) hidayət etmək istədiyi şəxsin sinəsini İslam(ı qəbul etmək) üçün açar. Olduğu azğınlıqda boşlamaq istədiyi şəxsin sinəsini isə möhkəm tutaraq daraldar, sanki o, əziyyətlə səmada yuxarı qalxır. Allah beləcə, iman gətirməyən kəslərin üzərinə murdarlıq qoyar". ("Ənam" 125).

Bu ayədən də göründüyü kimi, bəzi insanların ruhları o qədər açıqdır və genişdir ki, hər nə qədər həqiqətlər ona daxil olarsa, rahatlıqla qəbul edər. Ancaq bəziləri əksinə. Ruh və fikirləri o qədər məhduddur ki, sanki orada həqiqətlər üçün heç bir yer yoxdur. Sanki beyinləri ancaq bir tərəfə fəaliyyət göstərər və qalan yerləri dəmir hasarla örtülmüşdür. Quran bu cür insanları tənqid edir və buyurur: "Bəs nə üçün Bizim əzabımız onlara yetişəndə boyun əymədilər və yalvarıb-yaxarmadılar? Əksinə, onların qəlbləri daşlaşdı və Şeytan etdiklərini (günahları) bəzəyərək onlara gözəl göstərdi". ("Ənam" 43).

Qəlbi daşlaşmış insanlar nəsihətdən ibrət götürməzlər. Quran buyurur: "Onlara öyüd-nəsihət verildikdə, ibrət almazlar". ("Saffat" 13).

Qəlb qəsavətinin səbəbləri:

1. Avama təqlid etmək qəlbi daşlaşdırar. Müşriklər öz əməllərini izah edərək deyirlər: "Dedilər: "(Yox), ancaq atalarımızın belə etdiklərini görmüşük"". ("Şüəra" 74).

"Buna görə də əgər (Allahın bu cari qanununu) bilmirsinizsə, zikr əhlindən (təhrif olunmamış Tövratın, İncilin və digər səma kitablarının alimlərindən) soruşun". ("Ənbiya" 7).

2. Pis və lovğa insanlarla oturub-durmaq.

3. Dünyapərəstlik, uzun arzular qəlbi qəsavətli edər. Allah Təala Həzrət Musaya (ə) belə vəhy edir: "Ey Musa! Dünyada olan zaman arzularını uzun etmə ki, qəlbin daşlaşar. Qəlbi daş olanlar Məndən uzaqdır".

4. Küfr qəlbi daşlaşdırar. Mömin həmişə irəli gedər və mənəvi inkişaf edər. Çünki gözləri həqiqəti görür, diri qəlbə və pak nəfsə malikdir. Ancaq kafir hazır deyildir ki, həqiqətləri görsün. Qəlbinin daşlaşmasına görə onu qəbul edə bilməz. Cahilliyinə və təəssübkeşliyinə görə haqq yolunda hərəkət edə bilməz.

5. Cəhalət, günah, tərslik. İmam Əli (ə) buyurur: "Göz yaşları qurumaz, məgər qəlbin daşlaşmasına görə. Qəlblər daşlaşmaz, məgər o halda ki, günahlar çox olar".

Qəlb qəsavətinin qoyduğu təsirlər:

1. Həqiqətləri görməməyə səbəb olar. Quran buyurur: "Şübhəsiz, biz sizin göndərildiyiniz (gətirdiyiniz) şeyi inkar edirik". ("Zuxruf" 24).

2. İnsan tərslik edər. Quran buyurur: "Beləliklə Biz onlardan (məhv etmək və köklərini kəsməklə) intiqam aldıq". ("Zuxruf" 25).

(adsgarden = window.adsgarden || []).push({});