Balqabaq qabında hazırlanan ən qədim çay


Digərləri 12 Sen 2019 21:35:00 278 0

Balqabaq qabında hazırlanan ən qədim çay

Mate tərkibində yüksək miqdarda matein olan tonuslandırıcı içkidir. Mate çayı pirkal bitkisinin qurudulmuş və xırdalanmış yarpaq və cavan zoğlarından hazırlanır. Pirkal bitkisinin cavan yarpaqları "mate otu" adlanır, çayın hazırlandığı qab da mate adlanır. Lakin ruslar onu kalabas və ya kalebas adlandırır və bu söz ispan dilindən tərcümədə balqabaq deməkdir.

Son.az medicina.az-a istinadən bildirir ki, mate sözü keçua dilində "matı" sözündən götürülüb, tərcüməsi balqabaqdan hazırlanmış qab, boşqab deməkdir. Həmin dildə bu söz nə bitki, nə çay, nə də qurudulmuş yarpaq mənasını verirdi. Onun bir tərcüməsi var idi: içki içilən qab. Əvvəllər mate sözü "iezut çayı" da adlandırılıb.

Eramızdan əvvəl VII minillikdə hinduların ondan istifadə etdikləri barədə faktlar var, ona görə bəzi alimlərin fikrincə, mateni ən qədim içki hesab etmək olar.

Mate bitkisinin yarpaqları ağac əkiləndən 3-4 il sonra yığılmağa başlayır və bundan sonra yarpaqların toplanması ildə iki-üç dəfə aparılır və yarpaqla bərabər qalınlığı 4 millimetrə qədər olan cavan zoğlar da toplanır. Çayın acıtəhər dadı var. Nevrozlar və depressiya zamanı əhvali-ruhiyyəni yaxşılaşdırmaq, onu aktivliyi artırmaq, qanda adrenalinin səviyyəsini aşağı salmaq üçün içirlər. Çayın qəbulu tez yuxuya getməni və yuxunun dərinliyini təmin edir.

Amerikada mate içkisini qəhvənin ideal əvəzedicisi hesab edirlər. Argentinada hər kəs il ərzində 10 kiloqrama yaxın mate istifadə edir. Avropada gömrük sənədlərinin taarif kodekslərində onu Cənubi Amerika çayı kimi qeyd edirlər.

(adsgarden = window.adsgarden || []).push({});