Rüşvət alaraq, hökm çıxarmaq küfrdür


Digərləri 12 Sen 2019 21:40:00 248 0

Rüşvət alaraq, hökm çıxarmaq  küfrdür

Hökm çıxartmaq - dünyanın ən çətin peşələrindən biridir. Çünki, həm dünyası bu hökmdən asılıdır və həm də axirəti. Əgər hakim öz hökmündə səhv edərsə, əbədi olaraq qarşı tərəfə borclu olar. Ona görə də Allah Təala xəbərdarlıq edir ki, bu peşə sahibləri öz qərarlarında ehtiyatlı olsunlar.

İslam dini adilcəsinə olmayan hökmü məhkum edir və Allah Təala onları kafir, zalım və fasiq adlandırır.

"Allahın nazil etdiyinin əsasında hökm etməyənlər - məhz onlardır kafirlər!" ("Maidə" 44).

"Allahın nazil etdiyinin əsasında hökm etməyənlər - məhz onlardır zalımlar!" ("Maidə" 45).

"Allahın nazil etdiyinin əsasında hökm etməyənlər - məhz onlardır fasiqlər!" ("Maidə" 47).

Hədislərə nəzər salaq:

Həzrət Peyğəmbər (s) buyurur: "Allah rüşvət alana və rüşvət verənə lənət etsin və o kəsə ki, hər ikisi arasında dəllallıq edər. Rüşvət almaqdan uzaq olun ki, bu əməl küfr kimidir və rüşvət yeyən şəxs İlahi rəhmətdən uzaqdır".

Həzrət Rəsulallah (s) buyurur: "O kəslər ki, insanların onların elminə ehtiyacı vardır, rüşvət istəyirlər - lənət olunarlar".

(adsgarden = window.adsgarden || []).push({});