Türkiyədə avtomobil partladıldı


Dünya 12 Sen 2019 21:14:00 199 0

Türkiyədə avtomobil partladıldı

Türkiyənin Diyarbəkr vilayətinin Kulp mahalı ilə Muş vilayəti arasında PKK terrorçuları tərəfindən yola yerləşdirilən partlayıcı mülki işçiləri daşıyan avtomobilin keçidi zamanı işə salınıb.

Son.az publika.az-a istinadən xəbər verir ki, Diyarbəkr valiliyindən verilən məlumata görə, partlayış nəticəsində 4 nəfər ölüb, 7 nəfər yaralanıb.

Terrorçuların ələ keçirilməsi üçün bölgədə genişmiqyaslı əməliyyat başlanılıb.