Bakıda avtomobilin vurduğu piyada xəstəxanaya aparılarkən yolda öldü


Digərləri 12 Sen 2019 20:59:00 206 0

Bakıda avtomobilin vurduğu piyada xəstəxanaya aparılarkən yolda öldü

Nərimanov rayonunun Z.Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, sentyabrın 11-də saat 8 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini E.Vəliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən paytaxt sakini Pərvanə Şahbazovanı vurub. Qadın xəstəxanaya aparılarkən yolda ölüb.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.