Şəkidə 68 yaşlı psixi xəstə evində ölü tapıldı


Digərləri 12 Sen 2019 20:39:00 240 0

Şəkidə 68 yaşlı psixi xəstə evində ölü tapıldı

Şəkidə evdə meyit tapılıb.

Bakı. Samir Əli - Şəkidə evdə meyit tapılıb. Trend-in məlumatına görə, hadisə Şəki şəhəri, 20-ci rayon, S.Eldarov küçəsi, dalan 2, ev 23-də baş verib. Həmin ünvanda yaşayan 1951-ci il təvəllüdlü Hüseynov Tahir Bünyamin oğlunun meyiti yaşadığı evdən tapılıb. Araşdırmalar zamanı məlum olub ki, T.Hüseynov "Altsheymer xəstəliyi, qeyri-müəyyən mənşəli psixoorqanik sindrom" xəstəliyindən əziyyət çəkirmiş və o, evində ürək çatışmazlığından dünyasını dəyişib.