Azərbaycanda “matryoşka” yumurta:


Digərləri 12 Sen 2019 19:04:00 221 0

Azərbaycanda “matryoşka” yumurta:

Qaxda təsərrüfatların birində qeyri-adi hadisə baş verib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, rayonun Cəlayir kəndində Qarayevlər ailəsinin həyətində toyuq ölçüsünə və çəkisinə görə fərqli yumurta yumurtlayıb. 

Yumurta normadan dörd dəfə böyükdür. Toyuğun sahibi Diləfruz Qarayeva bildirib ki, 30 ildir toyuq saxlayır, belə halla isə ilk dəfədir rastlaşır: 

"Bu yumurta məni və ailə üzlərimizi çox təəccübləndirib.Yumurta görünüşünə görə oval formasındadır. Ancaq digərlərindən çox böyükdür. Yumurtanı sındırdıqdan sonra içərisindən daha bir yumurta çıxdı", - D.Qarayeva bildirib. 

(adsgarden = window.adsgarden || []).push({});